- Xəbər news
- 22:34 14.11.2024
Hazırda azad agent statusu daşıyan futbolçu Kristian Eriksen məşqlərə başlayıb.
Corner.az-ın məlumatına görə, jurnalist Nikolo Skira danimarkalı yarımmüdafiəçinin bir neçə təklif aldığını bildirib.
O, 29 yaşlı futbolçu ilə Danimarka, Niderland və İngiltərə klublarının əlaqə saxladığını yazıb.
Qeyd edək ki, K.Eriksen iyunun 12-də Avropa çempionatının Danimarka - Finlandiya (0:1) oyunu zamanı yerə yıxılıb və ayağa qalxa bilməyib. Meydanda ilkin yardım göstərdikdən sonra onu xəstəxanaya aparıblar. Sonradan K.Eriksenin ürək dayanması keçirdiyi müəyyənləşib. Oyunçuya kardioverter-defibrilyator qoyublar. O vaxtdan danimarkalı futbolçu rəsmi matçlarda meydana çıxmayıb.