27 noyabr 2024. Çərşənbə

Legiya'nın futbolçusu Emrelinin döyüldüyü hadisə barədə danışdı


Legiya'nın futbolçusu Emrelinin döyüldüyü hadisə barədə danışdı

Polşanın "Legiya" klubunun futbolçusu İqor Xaratin azarkeşlərin hücumuna məruz qaldıqları hadisə barədə danışıb.

Corner.az-ın məlumatına görə, ukraynalı yarımmüdafiəçi dekabrın 12-də Plotskda "Visla"ya 0:1 hesabı ilə məğlub olduqları görüşdən qayıdarkən Varşavadakı təlim-məşq bazası önündə 20-30 fanatın avtobusu dayandırdıqlarını bildirib.

Xaratin həmin tərəfdarların növbə ilə avtobusa çıxmağa başladıqlarını vurğulayıb: "Bilirdik ki, vəziyyət ağır olacaq. Amma bunu heç birimiz gözləmirdik.Avtobusa girən ilk şəxs qışqırmağa başladı. Dərhal onunla birgə maskalı oğlanlar içəri daxil oldular. Onlar yavaş-yavaş hərəkət edərək, bağırmağa başladılar. Hansısa anda hamı dayandı. Düşündüm ki, indi xoşagəlməz hadisə olacaq. Nəticədə iki komanda yoldaşımız xəsarət aldı".

Qeyd edək ki, azarkeşlərin hücumundan zərər çəkən futbolçuların biri Azərbaycan millisinin hücumçusu Mahir Emreli, digəri isə braziliyalı forvard Lukinyas olub.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir