27 noyabr 2024. Çərşənbə

Klublararası DÇ-nın iştirakçılarından biri dəyişdi


Klublararası DÇ-nın iştirakçılarından biri dəyişdi
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək klublararası dünya çempionatının iştirakçılarından biri dəyişib.

Corner.az xəbər verir ki, Yeni Zelandiya təmsilçisi "Oklend Siti" mundialda iştirakdan imtina etmək məcburiyyətində qalıb.
 
Klubun bu addımı atmasına koronavirus pandemiyası səbəb olub. Belə ki, "Oklend Siti" pandemiyaya görə ölkədən kənara çıxa bilməyəcək. Bu səbəbdən də sözügedən komandanın əvəzində DÇ-da Taiti təmsilçisi "Pirae" çıxış edəcək.
 
"Pirae" ilk matçını BƏƏ-nin "Əl Cəzirə" klubuna qarşı keçirəcək. Görüşün qalibi 1/4 finalda Səudiyyə Ərəbistanının "Əl Hilal" komandası ilə qarşılaşacaq. Bu matçın qalibi isə yarımfinalda İngiltərə təmsilçisi "Çelsi" ilə üz-üzə gələcək.
 
Daha bir 1/4 final matçı Misir təmsilçisi "Əl Əhli" ilə Meksika "Monterrey"i arasında gerçəkləşəcək. Bu görüşün qalibi yarımfinalda Braziliya "Palmeyras"ına rəqib olacaq.
 
Klublararası dünya çempionatı 3-12 fevral aralığında keçiriləcək.






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir