Polşanın “Legiya” klubunun baş məşqçisi Aleksandr Vukoviç müsahibə verib. Corner.az xəbər verir ki, yerli mətbuata danışan Vukoviç, azərbaycanlı hücumçu Mahir Emreli haqda fikirlərini bölüşüb:
“Mahirlə qısa, amma çox pozitiv görüşümüz oldu. O, təlim-məşq toplanışında mütləq bizimlə olacaq. Ümid edirəm ki, hazırlıq prosesindən sonra da komandada qalacaq. Çünki Mahir bizim üçün dəyərli futbolçudur”