3 fevral 2026. Çərşənbə axşamı

Messiyə görə ölümlə təhdid olundu


Messiyə görə ölümlə təhdid olundu
Məşhur dicey Fer Palasio PSJ-nin futbolçusu Lionel Messini koronavirusa yoluxdurmaqda günahlandırılıb. Corner.az xəbər verir ki, 34 yaşlı hücumçu, bir neçə gün əvvəl Palasionun partisində iştirak edib və ordan sonra koronavirus aşkarlandığı ehtimal edilir.
 
Messiyə virusu keçirtməkdə ittiham olunan Fer Palasio “İnstaqram” hesabında ona qarşı edilən ittihamlarla bağlı paylaşım edib:
 
“Yeni il partisindən sonra trendlərdə olduğumu gördüm. Messini koronavirusa yoluxdurmuşam deyə, ölümlə təhdid olundum. Mənə qatil belə dedilər. İnanın, ölüm təhdidləri də almışam. Həqiqətən, inanılmaz şeylərlə qarşılaşıram. Bundan sonra özüm də koronavirus testi verdim və nəticəsi neqativ çıxdı”.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO