3 fevral 2026. Çərşənbə axşamı

Qurbanov Sulşer və İnzaqini arxada qoydu


Qurbanov Sulşer və İnzaqini arxada qoydu
Dünya məşqçilərinin reytinq cədvəli açıqlanıb. Corner.az xəbər verir ki, planetin ən yaxşı 500 mütəxəssisi arasında Azərbaycan bir məşqçi ilə təmsil olunub. Bu, “Qarabağ”a rəhbərlik edən Qurban Qurbanovdur. 50 yaşlı mütəxəssisin aktivində 1592 xal var. 
 
O, dünyanın 223-cü məşqçisidir. Qurbanov Ole-Qunnar Sulşer, Miçel, Raymond Domenek, Eusebio di Françesko, Murat Yakın, Aleksey Mixayliçenko, Ərtoğrul Sağlam, Viktor Qoncarenko, Miodraq Bojoviç, Valeri Karpin, Paulu Souza, Tomas Doll, Filippo İnzaqi kimi tanınmışları arxada qoyub.
 
Qeyd edək ki, siyahının ilk üç pilləsində Pep Qvardiola (2194), Yurgen Klopp (2088) və Joze Mourinyo (2065) qərarlaşıb.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO