3 fevral 2026. Çərşənbə axşamı

Abdullayevin komandası evdə məğlub oldu


Abdullayevin komandası evdə məğlub oldu
Kipr çempionatında 15-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin formasını geyindiyi “Etnikos” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Doxa”nı qəbul edib. Futbolçumuzun komandası bu oyunda minimal hesabla məğlub olub – 0:1.
 
Araz da bu görüşün iştirakçısı olub. O, 64-cü dəqiqədə meydana buraxılıb. Millimizin üzvü 82-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
“Etnikos” 15 turdan sonra 8 xalla 12 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO