23 mart 2026. Bazar ertəsi

Emrelinin klubunun rəqibləri bəlli oldu


Emrelinin klubunun rəqibləri bəlli oldu

Azərbaycan milli komandasının futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki təlim-məşq toplanışında rəqibləri müəyyənləşib.

Corner.az-ın məlumatına görə, Varşava təmsilçisi ilk yoxlama oyununu yanvarın 12-də İsveçrə "Bazel"inə qarşı keçirəcək. Yanvarın 15-də Bolqarıstanın "Lokomotiv" (Plovdiv) komandası ilə üz-üzə gələcək "Legiya" yanvarın 19-da Rusiya "Krasnodar"ı ilə görüşəcək.

Yanvarın 6-da başlanacaq Dubay toplanışına yanvarın 22-də yekun vurulacaq. "Legiya"nın yanvarın 28-də yerli "Tıxı" və yanvarın 29-da "Radomyak"la da yoxlama oyunları nəzərdə tutulub.








Xəbər news