23 mart 2026. Bazar ertəsi

Messi və Ronaldo 2021-ci ilin rəmzi komandasına yer almadı


Messi və Ronaldo 2021-ci ilin rəmzi komandasına yer almadı

Fransanın nüfuzlu "L Equipe" jurnalı 2021-ci ilin yekunları əsasında rəmzi yığmanı təqdim edib.

Corner.az-ın məlumatına görə, ilin komandasında Kriştiano Ronaldo ("Mançester Yunayted", Portuqaliya) və "Qızıl top"un sahibi Lionel Messi (PSJ, Argentina) yer almayıb.

Qapıçı: Eduar Mendi ("Çelsi", Seneqal)

Müdafiəçilər: Trent Aleksander-Arnold ("Liverpul", İngiltərə), Ruben Diaş ("Mançester Yunayted", Portuqaliya), Markinyos (PSJ, Braziliya), Teo Ernandes ("Milan", Fransa)

Yarımmüdafiəçilər: N Qolo Kante ("Çelsi", Fransa), Jorjinyo ("Çelsi", İtaliya), Kevin De Bröyne ("Mançester Siti", Belçika), Məhəmməd Salah ("Liverpul", Misir)

Hücumçular: Kərim Benzema ("Real Madrid", Fransa), Robert Levandovski ("Bavariya", Polşa)

Qeyd edək ki, "Qızıl top" mükafatı uğrunda səsvermədə Lionel Messi "L Equipe" nəşrinin rəmzi komandasındakı bütün futbolçuları arxada qoyub.







Xəbər news