27 noyabr 2024. Çərşənbə

FİFA ilin ən yaxşı baş məşqçi adına son namizədləri açıqladı


FİFA ilin ən yaxşı baş məşqçi adına son namizədləri açıqladı
FİFA 2021-ci ilin ən yaxşı baş məşqçisi adına namizədlərin sayını üçə salınıb. Corner.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
 
Hazırda bu ada İtaliya millisini çalışdıran Roberto Mançini ilə yanaşı İngiltərənin “Mançester Siti” və “Çelsi” klublarındakı baş məşqçiləri Pep Qvardiola və Tomas Tuçel iddia edir.
 
FİFA qadın futbolunda da ilin ən yaxşısı adına son üç namizədi açıqlayıb. Bu ada “Barselona”nın baş məşqçisi Luis Kortes, “Çelsi”nin çalışdırıcısı Emma Hayes və Niderlanddan olan Sarina Viqman (Niderland millisi/İngiltərə millisi) namizəddir.
 
Xatırladaq ki, “The Best” mükafatı yanvarın 17-də təqdim ediləcək.






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir