İngiltərənin “Uotford” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi belçikalı dayaq yarımmüdafiəçisi Edo Kayembe və braziliyalı mərkəz müdafiəçisi Samir Kaetanonu heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belçika təmsilçisi “Eupen”dən transfer olunan 23 yaşlı futbolçu ilə 4.5 illik müqavilə imzalanıb. Kayembe daha öncə yetirməsi olduğu “Anderlext”də də çıxış edib. Konqolu futbolçu ölkəsinin əsas yığmasında da oynayır.
Samir Kaetano de Souza Santos isə İtaliyanın “Udineze” klubundan transfer edilib. 27 yaşlı futbolçu ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
Kaetano 2016-cı ildən “Udineze”də çıxış edir. O, bu komandanın heyətində bütövlükdə 147 matça çıxıb, 6 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliyalı futbolçu əvvəllər “Flamenqo” və “Verona”da da çıxış edib.