Portuqaliya çempionatında 17-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Boavişta”nın qonağı olub. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Renat da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının 71-ci dəqiqədə vurduğu yeganə qolun məhsuldar ötürməsini də məhz millimizin üzvü verib.
Xatırladaq ki, o, ötən tur da məhsuldar ötürmə müəllifi olmuşdu.
“Tondela” 17 turdan sonra 16 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.