"Bavariya”nın hücumçusu Robert Levandovski Polşada 2021-ci ilin idmançısı seçilib. Corner.az xəbər verir ki, 33 yaşlı futbolçu “Przeglad Sportowy” nəşrinin keçirdiyi sorğunun nəticəsinə əsasən, ötən ilin ən yaxşı idmançısı adına layiq görülüb.
Levandovski karyerası ərzində 3-cü dəfə Polşada ilin idmançısı ünvanına sahib olub. O, daha əvvəl 2015 və 2020-ci illərdə bu mükafatı qazanmışdı.