27 noyabr 2024. Çərşənbə

Oğlunun vurduğu qolla qələbəyə sevindi


Oğlunun vurduğu qolla qələbəyə sevindi
"Portu” Portuqaliya çempionatının 17-ci turunda “Eştoril”ə qalib gəlib – 3:2. Corner.az xəbər verir ki, “Portu”ya qələbə gətirən qola komandanın baş məşqçisi Serjio Konseysaonun oğlu Fransisko Konseysao imza atıb.
 
19 yaşlı hücumçu 87-ci dəqiqədə meydana daxil olub və  89-cu dəqiqədə komandasının qələbə qolunu vurub.
 
“Portu”nun baş məşqçisi Serjio Konseysaonun 5 oğlu var və onlardan 3-ü futbolçudur.
 
Portuqaliyanın U-21 millisində çıxış edən Fransisko bu mövsüm “Portu” ilə çempionatda 12 oyunda 1 qolla yadda qalıb.
 
“Portu” Portuqaliya çempionatında 17 turdan sonra 47 xalla liderdir.






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir