26 oktyabr 2024. Şənbə

Dünyanın yüksək liqalarında ən yaşlı oyunçu bilindi


Dünyanın yüksək liqalarında ən yaşlı oyunçu bilindi

2021-ci ildə dünyanın yüksək liqalarında çıxış etmiş ən yaşlı oyunçu bəlli olub.

Corner.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misirin “Əl İttihad” klubunun qapıçısı Məhəmməd Abdel Monsefdir.

Fevralın 6-da 45 yaşı tamamlanacaq qolkiper son olaraq dekabrın 24-də "Əl Masri"ni 1:0 hesabı ilə məğlub etdikləri görüşdə meydanda olub.

Qeyd edək ki, Məhəmməd Abdel Monsef 2002 - 2008-ci illərdə Misir yığmasının da formasını geyinib.







Xəbər news