27 noyabr 2024. Çərşənbə

Qazaxıstan Super Kuboku ləğv olundu


Qazaxıstan Super Kuboku ləğv olundu
 Qazaxıstan Super Kubokunda “dördlər finalı” ləğv edilib. Corner.az xəbər verir ki, bu barədə “meta-ratings.kz” saytı məlumat yayıb. 
 
Super Kubok uğrunda mübarizə ölkədə mövcud siyasi vəziyyətə görə əvvəlcədən nəzərdə tutulduğu vaxtda – fevralın 24-də olmayacaq.
 
Qazaxıstan Super Kuboku başqa vaxta təxirə salına bilər. Belə olacağı halda, yarışda 4 yox, 2 komanda iştirak edəcək.
 
Super Kubok uğrunda “dördlər finalı” fevralın 24-də Nur-Sultanda başlamalı idi. Yarışda “Tobol”, “Astana”, “Kayrat” və “Kızıljar” klubları iştirak etməli idi.
 
Qazaxıstanda yanvarın 19-na qədər fövqəladə vəziyyət rejimi tətbiq edilib.






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir