- Xəbər news
- 22:34 14.11.2024
Yaponiyanın “Vissel Kobe” klubunda oynayan Andres İniesta maraqlı açıqlama verib.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, ispaniyalı futbolçu, yenidən “Barcelona”ya qayıtmaq istədiyini bildirib:
“Barcelona”ya qayıtmaq istərdim, ancaq gələcəkdə nə olacaq, bilmirəm. Uzunmüddətli planlar qurmaq çox çətindir. Geri qayıtmaq imkanımın olmasını çox istəyərdim.
“Barcelona”dan ayrılmağa qərar verdim. Çünki bu komandaya hər şeyimi vermişdim.Xəyallarımı və hədəflərimi dəyişmək istədim. Çempionlar Liqasını daha çox qazanmaq istəyərdim.Ancaq, yenə də karyeramdan çox məmnunam”.
Qeyd edək ki, 2002-2018-ci illər aralığında “Barcelona” çıxş edən İniesta, 2018-ci ilin yayında “Vissel Kobe”yə transfer olunub.