26 oktyabr 2024. Şənbə

The Best: Canni De Byazi seçimini açıqladı


The Best: Canni De Byazi seçimini açıqladı

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi FIFA-nın "The Best" mükafatı üçün 2021-ci ilin ən yaxşı kişi futbolçusu nominasiyası üzrə seçimlərini müəyyənləşdirib.

Corner.az xəbər verir ki, bu barədə "Report"a italiyalı mütəxəssisin özü məlumat verib.

O, Almaniya "Bavariya"sından polşalı hücumçu Robert Levandovskini fərqləndirib. 66 yaşlı baş məşqçi İngiltərənin "Çelsi" klubunda çıxış edən italiyalı yarımmüdafiəçi Jorjinyonu ikinci, "Liverpul"dan misirli forvard Məhəmməd Salahı isə üçüncü yerə layiq görüb.

Qeyd edək ki, "The Best" mükafatı yanvarın 17-də təqdim ediləcək. Ali futbol qurumu 2021-ci ilin ən yaxşı futbolçusu adına iddiaçıları 3-ə endirib. Bu ada 2020-ci ilin ən yaxşı futbolçusu Robert Levandovski ilə yanaşı, Fransa PSJ-sindən Lionel Messi və İngiltərə "Liverpul"undan Məhəmməd Salah iddialıdır.







Xəbər news