26 oktyabr 2024. Şənbə

Belçikalı deputat Eden Hazardı ələ saldı


Belçikalı deputat Eden Hazardı ələ saldı

Belçikalı deputat Jan-Mari Dedeker milli komandanın və İspaniya "Real Madrid"inin futbolçusu Eden Hazardı ələ salıb.

Corner.az xəbər verir ki, siyasətçi "Sport Voetbal Magazine" nəşrinə açıqlamasında 31 yaşlı yarımmüdafiəçini pul və sistemin qidalandırdığı gombul adlandırıb.

Dedeker, Hazard bir dəfə yığmanın oyununda əvəzləndikdən sonra stadionu tərk edərək hamburger yediyini bildirib: "Məncə, o, artıq idmançı deyil, gec-tez bunu başa düşəcəklər. Yenə də belə bir insan hər gün qəzet səhifələrinə çıxır".

Qeyd edək ki, Eden Azar "Real Madrid"ə 2019-cu ilin yayında İngiltərənin "Çelsi" klubundan keçib.







Xəbər news