26 oktyabr 2024. Şənbə

Reşford AVRO-2020-dən sonra psixoloqa gedib


Reşford AVRO-2020-dən sonra psixoloqa gedib

İngiltərə millisinin futbolçusu Markus Reşford İtaliyaya uduzduqları Avropa çempionatının final oyunundan sonra psixoloji çətinliklərlə üzləşib.

Corner.az "Daily Mail"ə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu həlledici qarşılaşmadan sonra bir neçə gün yataqdan qalxmayıb.

"Mançester Yunayted"in futbolçusu daha sonra psixoloqa müraciət etməli olub.

Qeyd edək ki, İtaliya seçməsi əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan görüşün penaltilər seriyasında İngiltərəni məğlub edib - 3:1. Britaniyalıların heyətində Markus Reşfordla yanaşı, Ceydon Sanço və Bukayo Saka da penaltindən yararlana bilməyib.







Xəbər news