- Xəbər news
- 22:34 14.11.2024
PSG-nin futbolçusu Eric Maxim Choupo Moting Fransa Liqasının XXXI turunda Strasbourg-la oyun zamanı inanılmaz yanlışlığa yol verib.
Corner.az-ın məlumatına görə, Parisdəki "Park de Prens" stadionunda oyunda hücumçu rəqib qapısına daxil olmaqda olan topu tora göndərmək əvəzinə dirəyə tərəf istiqamətləndirib. Nəticədə top Strasbourg oyunçularının əlinə keçib.
Qeyd edək ki, Eric Maxim Choupo Moting PSG-yə ötən yay "Stoke City"dən azad agent qismində keçib. 30 yaşlı futbolçu bu mövsüm 17 oyuna 2 qol vurub.