“France Football” nəşri 2021-ci ilin ən yaxşı fransalı futbolçusunun adını açıqlayıb. Corner.az xəbər verir ki, “Real”ın hücumçusu Kərim Benzema ən yaxşı adına layiq görülüb.
34 yaşlı futbolçu bu mövsüm “Real”la 26 oyunda 23 qol vurub, 9 məhsuldar ötürmə edib.
Xatırladaq ki, pandemiya səbəbindən 2020-ci ildə verilməyən bu mükafatı 2018 və 2019-cu illərdə Kilian Mbappe (PSJ) qazanmışdı. Benzema isə dördüncü dəfədir bu mükafata sahib çıxır. Hücumçu 2011, 2012 və 2014-cü illərdə də Fransanın ən yaxşısı elan olunmuşdu. Bu baxımdan rekord Tyerri Anriyə məxsusdur. “Arsenal”ın sabiq ulduzu beş dəfə (2000, 2003, 2004, 2005 və 2006) ən yaxşı seçilib.