5 dekabr 2025. Cümə

“Qəbələ” “Monaco” ilə oynayacaq


“Qəbələ” “Monaco” ilə oynayacaq
“Qəbələ”nin  aşağı yaş qrupu üzrə  beynəlxalq turnirdə iştirak edəcək. 

Corner.az klubun “Facebook” səhifəsinə istinadən xəbər verir ki, “Qəbələ”nin U-17 komandası Fransada keçiriləcək turnirə qatılacaq. “Snaf Mondial Cup” adlı turnir 10-12 mayda keçiriləcək. 

“Qəbələ”nin A qrupundakı rəqibləri yerli “Monaco” və “Angers”, eləcə də Portuqaliyadan “Benfica” olacaq.






Xəbər news