Portuqaliya çempionatında 18-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Santa Klara”nın qonağı olub. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
Renat da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.
“Tondela” 18 turdan sonra 17 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.