“Barselona” klubu futbolçusu Osman Dembeleni əsas komandadan kənarlaşdıra bilər. Corner.az xəbər verir ki, 24 yaşlı hücumçu klubla bu ay yeni müqavilə imzalamasa, əsas komandadan kənarlaşdırılacaq. Bu barədə Fransanın “Foot Mercato” nəşri məlumat yayıb. Məlumatda, Dembele Kataloniya klubunun rəhbərliyindən mövsümə 20 - 25 milyon avroluq sözləşmə təklifi aldığı onun isə hələlik cavabını ləngitdiyi bildirilib. Fransalı futbolçunun agenti isə dekabrın sonlarında oyunçu üçün ilinə 40 milyon avro tələb edib. Lakin belə bir məbləği yüksək hesab edən "Barselona"nın baş məşqçisi Xavi futbolçu ilə görüşərək, qarşısına şərt qoyub: Ya yanvarda müqaviləni uzadaraq əsas komandanın üzvü kimi qalmalı, ya da yeni sözləşmə imzalamaqdan imtina edərək mövsümün sonunadək əsas heyətdə yer almamalı.
Fransalı futbolçunun “Barselona” ilə müqaviləsi yayda sona çatır. O, bu mövsüm 11 oyunda 2 qol vurub.