7 dekabr 2025. Bazar günü

FİFA prezidenti Qətərə köçdü


FİFA prezidenti Qətərə köçdü
FİFA-nın prezidenti Canni İnfantino Qətərə köçüb. Corner.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri ailəsiylə birlikdə bu ölkənin paytaxtı Dohada yaşayacaq.
 
Bu barədə İsveçrə mətbuatı məlumat yayıb. Məlumatda, İnfantinonun qızları Dohada məktəbə yazıldığı vurğulanıb.
 
İnfantino daha əvvəl İsveçrədə yaşayırdı. Onun Qətərə köçməsinin növbəti dünya çempionatının bu ölkədə keçirilməsi ilə bağlı olduğu bildirilir.
 
Qeyd edək ki, DÇ-2022 Qətərdə keçiriləcək.






Xəbər news