26 oktyabr 2024. Şənbə

Ötən ilin ən yaxşı kişi və qadın qapıçıları bəlli oldu


Ötən ilin ən yaxşı kişi və qadın qapıçıları bəlli oldu

FIFA 2021-ci ilin ən yaxşı kişi və qadın qapıçısı ilə bağlı səsvermənin nəticəsini açıqlayıb.

Corner.az-ın məlumatına görə, kişi qolkiperlərdən “The Best” mükafatına İngiltərənin "Çelsi" klubundan Eduar Mendi layiq görülüb. O, Fransanın PSJ klubundan italiyalı Canluici Donnarumma və Almaniyanın "Bavariya" klubundan Manuel Noyeri üstələyib.

Qadınlardan isə Fransa "Lion"unun çilili qapıçısı Kristiana Endler ən yaxşı seçilib.

Kanada millisinin sabiq hücumçusu Kristin Sinkler isə FIFA-nın xüsusi mükafatını alıb







Xəbər news