26 oktyabr 2024. Şənbə

Ötən ilin ən yaxşı baş məşqçisi bilindi


Ötən ilin ən yaxşı baş məşqçisi bilindi

FIFA ilin ən yaxşı kişi və qadın baş məşqçilərinin adlarını elan edib.

Corner.az məlumatına görə, kişilərdən “The Best” mükafatına İngiltərənin "Çelsi" klubuna rəhbərlik edən Tomas Tuxel layiq görülüb.

Almaniyalı mütəxəssis İtaliya millisindəki həmkarı Roberto Mançini ilə İngiltərənin "Mançester Siti" klubunu  çalışdıran Xosep Qvardiolanı qabaqlayıb.

"Çelsi"nin qadınlardan ibarət komandasına rəhbərlik edən Emma Heyz isə ən yaxşı qadın baş məşqçi seçilib.

Qeyd edək ki, ötən il bu mükafata İngiltərə "Liverpul"unun baş məşqçisi Yurgen Klopp sahib çıxıb.







Xəbər news