26 oktyabr 2024. Şənbə

Dünyanın ən yaxşı futbolçusu bəlli oldu


Dünyanın ən yaxşı futbolçusu bəlli oldu

FIFA 2021-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb.

Corner.az-ın məlumatına görə, bu ada Almaniyanın "Bavariya" klubunun hücumçusu Robert Levandovski layiq görülüb. Polşalı futbolçu ardıcıl ikinci dəfə dünyanın ən yaxşı oyunçusu seçilib.

O, səsvermədə Fransanın PSJ klubundan Lionel Messi və İngiltərənin "Liverpul" klubundan Məhəmməd Salahı üstələyib.

Ötən il 69 qola imza atan Levandovski "Bavariya" ilə Almaniya Bundesliqasının və Kubokunun qalibi olub. 

Qeyd edək ki, 2018-ci ildə bu mükafatı "Real Madrid"dən xorvatiyalı Luka Modriç qazanıb. Kriştianu Ronaldu "The Best" mükafatına "kral klubu"nda çıxış etdiyi vaxt - 2016 və 2017-ci illərdə, Messi isə 2019-cu ildə yiyələnib.







Xəbər news