- Xəbər news
- 22:34 14.11.2024
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin FİFA-nın “The Best” mükafatı üçün keçirdiyi sorğuda kimlərə səs verdiyi məlum olub. Corner.az xəbər verir ki, italiyalı mütəxəssis ilin ən yaxşı futbolçusu nominasiya üzrə ilk səsini “Bavariya”nın oyunçusu Robert Levandovskiyə verib.
66 yaşlı baş məşqçi İngiltərənin “Çelsi” klubunda çıxış edən italiyalı yarımmüdafiəçi Jorjinyonu ikinci, “Liverpul”dan misirli hücumçu Məhəmməd Salahı isə üçüncü yerə layiq görüb.
Yığmanın və “Qarabağ”ın kapitanı Maksim Medvedev isə PSJ-nin oyunçusu Kilian Mbappeni ən yaxşı hesab edib. O, Levandovskini ikinci, “Çelsi”nin fransalı yarımmüdafiəçisi Nqolo Kanteni isə üçüncü sırada göstərib.
Qeyd edək ki, Robert Levandovski FİFA-nın versiyasına əsasən ardıcıl ikinci dəfə dünyanın ən yaxşı futbolçusu seçilib.