Fransanın “Nitsa” klubunun futbolçusu Mario Lemina Qabon millisindəki karyerasını bitirib. Corner.az xəbər verir ki, bu barədə “RMC Sport” telekanalı məlumat yayıb.
28 yaşlı futbolçu Qabon yığmasının Afrika Millətlər kubokunda Qanaya qarşı keçirdiyi oyunda koronavirusa yoluxduğu üçün iştirak etməyib. O, sağaldıqdan sonra isə millinin düşərgəsinə sərxoş halda gəlib və bu səbəbdən heyətdən kənarlaşdırılıb.
Lemina bundan sonra millidəki karyerasını başa vurduğunu açıqlayıb.
O, yığmada 23 oyuna çıxıb.