23 mart 2026. Bazar ertəsi

Son çempion millinin sabiq üzvü ilə gücləndi


Son çempion millinin sabiq üzvü ilə gücləndi
Fransanın “Lill” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Liqa 1 təmsilçisi fransalı yarımmüdafiəçi Hatem Ben Arfanı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasında müqavilənin müddəti 6 aylıqdır. “Bordo” ilə müqaviləsinə xitam verən 34 yaşlı oyunçu üçün heç bir transfer haqqı ödənilməyəcək. Fransa millisinin sabiq üzvü “Lill”də 11 nömrəli formanı geyinəcək.
 
Hatem Ben Arfa 2020-ci ilin oktyabrından “Bordo”nun uğurları üçün çalışırdı.






Xəbər news