7 dekabr 2025. Bazar günü

Simeonenin ən pis 5 anı: Qarabağ'da var


Simeonenin ən pis 5 anı: Qarabağ'da var

İspaniyanın "Atletiko" (Madrid) klubunun baş məşqçisi Dieqo Simeonenin komandadakı ən pis 5 anı bəlli olub.

Corner.az xəbər verir ki, bu barədə "90min" nəşri araşdırma aparıb.

5-ci sırada Madrid təmsilçisinin 2017/2018 mövsümündə UEFA Çempionlar Lİqasında qrupdan çıxa bilməməsi göstərilib. Mövsümün yekununda Avropa Liqasının qalibi olan komanda hər iki görüşdə "Qarabağ"a qalib gələ bilməyib - 0:0;1:1.

4-cü yerdə "Atletiko"nun Çempionlar Liqasındakı növbəti uğursuzluğu yer alıb. Madridlilər 2018/2019 mövsümündə 1/8 final mərhələsində İtaliyanın "Yuventus" klubuna evdə 2:0 hesabı ilə qalib gəlsələr də, cavab matçında Kriştiano Ronaldonun het-triki ilə Turin təmsilçisi məğlub olaraq mübarizəni dayandırıb.

51 yaşlı mütəxəssis ölkə kubokunda da uğursuzluqla üzləşib. Madridlilər 2019/2020 mövsümündə "Kultural Leonesa"ya 1:2 hesabı ilə məğlub olaraq mübarizədən kənarda qalıb. Simeonenin komandası 2020/2021 mövsümündə isə "Kornelya" ilə oyunda eyni aqibəti yaşayıb - 0:1.

"Atletiko"nun cari mövsüm La Liqada yaxşı nəticələr göstərməməsi də diqqətdən yayınmayıb. Paytaxt klubunun Superkubokda və kubokda məğlub olduğu, həmçinin turnir cədvəlində "Real Madrid"dən 16 xal geri düşdüyü və çempionluq uğrunda mübarizə aparmadığı vurğulanıb.

Argentinalıbaş məşqçinin ən pis anı Çempionlar Liqasının finalında iki dəfə "Real Madrid"ə uduzmasıdır.







Xəbər news