27 noyabr 2024. Çərşənbə

2 futbolçu millidən qovuldu - siqarət və pivəyə görə


2 futbolçu millidən qovuldu - siqarət və pivəyə görə

Afrika Millətlər Kubokunda çıxış edən Qvineya millisi İbrahima Konte və Seyduba Sumanı düşərgədən qovub.

Corner.az "Fosonline" nəşrinə istinadən xəbər verir ki, sözügedən şəxslər Zimbabveyə 1:2 hesabı ilə məğlub olduqları Afrika Millətlər Kubokunun B qrupunun sonuncu matçından sonra siqaret və pivə ilə ziyafət təşkil ediblər və bəzi oyunçular oteldə ziyafətə qatılıblar. Nəticədə ajiotaj yaranıb və təşkilatçılıq edən iki futbolçu yığmadan qovulub.

Müqavilə ilə Yunanıstan "Olimpiakos"una məxsus olan və icarə əsasında "Neftçi"də çıxış edən Mamadu Kanenin insidentlə əlaqəsi olmadığı vurğulanıb.

Qeyd edək ki, Qvineya 1/8 final mərhələsində yanvarın 24-də Qambiya ilə üz-üzə gələcək.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir