16 iyul 2026. Cümə axşamı

Messi mənə eşşək dedi!


Messi mənə eşşək dedi!

İngiltərə millisinin sabiq futbolçusu Ceymi Karrager maraqlı açıqlama verib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 43 yaşlı keçmiş müdafiəçi, PSJ-nin hücumçusu Lionel Messinin onu təhqiramiz söz söylədiyini bildirib:

“Televiziya verilişlərinin birində Lionel Messinin PSJ-yə transfer olunmasının doğru addım olmadığını dedim. Bundan sonra argentinalı futbolçu “İnstaqram”da mənə mesaj yazdı. Şəxsi mesajlarımı sizə göstərmək istəmirəm. Amma Messi həmin mesajda mənə “eşşək” dedi!”







Xəbər news