7 dekabr 2025. Bazar günü

Dadaşovun komandası evdə uduzdu


Dadaşovun komandası evdə uduzdu
Portuqaliya çempionatında 19-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Vizela”nı qəbul edib. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib – 2:3.
 
Renat da bu görüşün iştirakçısı olub. O, bu görüşün 82-ci dəqiqəsində meydana buraxılıb.
 
“Tondela” 19 turdan sonra 17 xalla 18 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.






Xəbər news