7 dekabr 2025. Bazar günü

Everton'un baş məşqçisindən pivə qonaqlığı


Everton'un baş məşqçisindən pivə qonaqlığı

İngiltərənin “Everton” klubunun müvəqqəti baş məşqçisi Dankan Ferqyuson azarkeşlərə jest edib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, şotlandiyalı mütəxəssis Premyer Liqanın 23-cü turunun “Aston Villa” ilə ev matçından əvvəl komandanın bir neçə azarkeşinə pivə alıb. 50 yaşlı mütəxəssisin bu jesti azarkeşlər tərəfindən gözəl qarşılanıb.

“Everton” “Aston Villa”ya doğma meydanda 0:1 hesabıyla uduzub.







Xəbər news