- Xəbər news
- 22:34 14.11.2024
Misir millisinin və Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Mustafa Məhəmmədə istintaq işi açılıb.
Corner.az-ın "NTV Spor"a istinadən məlumatına görə, buna səbəb 25 yaşlı hücumçunun imtahana öz yerinə dostunu göndərməsi olub.
Hazırda Afrika Millətlər Kubokunun oyunları üçün yığmanın düşərgəsində olan Mustafa ilə bağlı Misir kubokdan qayıtdıqdan sonra tədbir görüləcək.
Qeyd edək ki, müqavilə ilə ölkəsinin "Zamalek" klubuna məxsus olan Mustafa Məhəmməd ötən ildən "Qalatasaray"da çıxış edir.