26 oktyabr 2024. Şənbə

Azərbaycanda oynamış futbolçu Premyer Liqada TOP-10-da


Azərbaycanda oynamış futbolçu Premyer Liqada TOP-10-da
İngiltərə Premyer Liqası tarixinin 10 ən yaxşı afrikalı futbolçusu məlum olub.Corner.az BBC-yə istinadən xəbər verir ki, siyahıda “Səbail” klubunun sabiq futbolçusu Maykl Essyen də yer alıb.
 
Qanalı keçmiş yarımmüdafiəçi Premyer Liqa tarixinin ən yaxşı afrikalı futbolçu sıralamasında 4-cü olub.
 
Essyen 2005-2014-cü illər aralığında “Çelsi”də çıxış edib. Keçmiş futbolçu 2019-cu ilin martından 2020-ci ilin sentyabrında qədər Azərbaycanda “Səbail” klubunda forma geyinib.
 
Premyer Liqa tarixinin ən yaxşı afrikalı futbolçusu “Çelsi”nin sabiq hücumçusu Didye Droqba olub.






Xəbər news