- Xəbər news
- 22:34 14.11.2024
"Emreli düşərgəmizdə olmasa da, hələ də bizim oyunçumuzdur".
Corner.az-ın məlumatına görə, bunu Polşa "Legiya"sının baş məşqçisi Aleksandr Vukoviç yerli mətbuata açıqlamasında Azərbaycan millisinin futbolçusu Mahir Emreli haqqında danışarkən deyib.
41 yaşlı mütəxəssis 24 yaşlı hücumçunun Varşava təmsilçisi ilə müqaviləsi olduğunu bildirib: "Başa düşməlisiniz ki, belə vəziyyətdə daha çox oyunçu cəlb etmək asan deyil. Amma komandamızdakı futbolçulara baxanda panikaya düşmürəm. Onların bir çoxu hücum xəttində bizə fayda verə bilən oyunçulardır. İnanıram ki, etimadı doğruldacaqlar. Emrelinin yerinə başqa hücumçumuz olmadığı üçün şikayətlənmək istəmirəm".
Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.