- Xəbər news
- 22:34 14.11.2024
"Neftçi"də keçirdiyim bir neçə ildən sonra bu komanda ilə vidalaşmaq vaxtı çatdı".
Corner.az-ın məlumatına görə, bu sözləri "Neftçi"dən ayrılan qvineyalı futbolçu Mamadu Kane özünün "İnstaqram" səhifəsində paylaşıb.
25 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"a təşəkkür edib: "Məni dünyaya məhz bu klub tanıtdırdı. "Neftçi"dəki hər kəslə, klub prezidenti, idman direktoru, məşqçilər, komanda yoldaşlarım və azarkeşlərlə əməkdaşlıq etmək fürsətim olduğu üçün çox şadam. Hamı bilir ki, buradan yaxşı hisslərlə ayrılır, sizinlə bölüşdüyüm bu peşəkar təcrübə ilə fəxr edirəm.Hamınızdan razı qaldım. İşimi sevdim və bu, məni son anadək motivasiya etdi. Mənə verdiklərinizə görə bir daha sizə təşəkkür edirəm".
Qeyd edək ki, Mamadu Kane ötən yay "Olimpiakos"la 4 illik müqavilə imzalayıb. O, 2019-cu ilin yanvarından "Neftçi"də çıxış edirdi.