27 noyabr 2024. Çərşənbə

Adımın Fənərbaxça və Qalatasaray'la hallanması gözəl hissdir


Adımın Fənərbaxça və Qalatasaray'la hallanması gözəl hissdir

"Adımın belə klublarla hallanması çox gözəl hissdir. Lakin bu mövzuları çox düşünmək istəmirəm. Hazırda sadəcə, "Neftçi"yə və işimə köklənmişəm". Corner.az xəbər verir ki, bu sözləri "Neftçi" klubunun və Azərbaycan millisinin futbolçusu Mert Çelikin "Report"a müsahibəsində deyib. Həmin müsahibəni təqdim edirik:

- Türkiyənin Antalya şəhərindəki təlim məşq-toplanışını başa vurdunuz. Hazırlıq prosesi necə keçdi?

- Toplanış yaxşı keçdi, həm yorucu, həm də zövqlü idi. Komanda olaraq çox yaxşı hazırlaşdıq. İnanıram ki, qarşıda hər şey bizim üçün daha yaxşı olacaq.

- "Neftçi"nin mövsümün ikinci hissəsinə tam hazır olduğunu demək olar?

- İkinci yarıya ölkə kubokunda "Sabah"la oyunla yaxşı start vermək istəyirik. Daha sonra qələbələri sıralamaq niyyətindəyik. Əlbəttə, çempionatda da hədəflərimiz böyükdür.

- Yeni transferləriniz haqqında nə düşünürsünüz?

- Heyətə yeni cəlb edilənlərin hamısı yaxşı futbolçulardır. Əminəm ki, onlar komandaya böyük köməklik göstərəcəklər.

- Türkiyə mediasının iddiasına görə, "Fənərbaxça" və "Qalatasaray" sizinlə maraqlanır. Bu barədə nə deyə bilərsiniz?

- Adımın belə klublarla hallanması çox gözəl hissdir. Lakin bu mövzuları çox düşünmək istəmirəm. Hazırda sadəcə, "Neftçi"yə və işimə köklənmişəm.

- Hətta "Fatih Karagümrük" və "Qaziantep"in sizə təklif göndərdiyi yazılıb. Həqiqətən təklif olubmu?

- Bu mövzularla atam və menecerim maraqlanır. Bəli, təkliflər və mənimlə maraqlanan klublar var. Amma klubların adlarını çəkmək istəmirəm.

- Müqavilə ilə "Başakşehir"ə məxsussunuz. Yayda "Neftçi"dəki icarə sözləşməsi başa çatır. Müqaviləni yeniləyəcəksiniz?

- Klub mənimlə müqaviləni yeniləmək niyyətindədir. Mənim də istəyim bu yöndədir. Gözləyək, hər şeyi zaman göstərəcək. Daha bir il burada qalmaq, ardınca isə Avropaya transfer olmaq niyyətindəyəm. Hədəflərim budur.

- "Başakşehir"in bu mövzuda mövqeyi necədir?

- Bu barədə nə isə deyə bilmərəm, çünki iki klub arasında olan məsələdir.

- "Neftçi"dən ayrıldıqdan sonra Azərbaycan millisindən dəvət gəlsə, yığmada oynamağa davam edəcəksiniz?

- Əlbəttə. Burada oynamağa davam edəcəyəm. Mən verdiyim sözdən geri dönmək istəmirəm.

- "Neftçi" bu mövsüm çempionluq titulunu qoruya biləcəkmi?

- Ötən mövsümdə olduğu kimi, son dəqiqəyə qədər təqib edəcəyik. Əlimizdən nə gəlirsə, onu da edəcəyik.

- İkinci yarıya kubok matçı ilə start verəcəksiniz. Daha sonra isə XV turda "Qarabağ"la üz-üzə gələcəksiniz...

- Hazırda kubokda "Sabah"la görüşü düşünürük. Yaxşı nəticə əldə etmək niyyətindəyik. Çempionatda isə ardıcıl qələbələr əldə etmək yaxşı olardı.

- Mövsümün ilk yarısında hər iki görüşdə "Qarabağ"a uduzmusunuz. 9-cu turda 0:4 hesablı ağır məğlubiyyətiniz də var. Rəqibdən intiqam almaq istəyirsinizmi?

- İntiqam demək istəməzdim. Amma sadəcə, qələbə qazanmaq niyyətindəyik. Premyer Liqaya yaxşı başlasaq, növbəti qarşılaşmalarda motivasiyamız da artacaq.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir