26 oktyabr 2024. Şənbə

Murad Musayev Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib


Murad Musayev Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

"Rusiya Premyer Liqasının maliyyə imkanları Azərbaycan çempionatı ilə müqayisədə xeyli yüksəkdir".

Corner.az-ın məlumatına görə, "Sabah" klubunun baş məşqçisi Murad Musayev Rusiyanın "Match TV"yə geniş müsahibəsində deyib.

39 yaşlı mütəxəssis Rusiya klubları heyətlərinə ciddi yığmalardan oyunçular dəvət edə bildiklərini vurğulayıb: "Azərbaycanda sərt limit var. Meydana eyni vaxtda ən azı beş yerli oyunçu çıxmalı, biri isə 200-ci il təvəllüdlü olmalıdır. Rusiyada futbol akademiyalarının işi daha yüksək səviyyədədir. Buradan böyük futbola düşən oyunçular daha hazırlıqlı olurlar. Futbolun ümumi səviyyəsi Rusiyanın xeyrinədir".

Rusiyalı mütəxəssis  Azərbaycan klubları arasında "Qarabağ"ı xüsusi fərqləndirib: "Avropada diqqət çəkən, ardıcıl 8 mövsüm Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmış komandadan söhbət gedir. Bu kollektiv tezliklə UEFA Konfrans Liqasının pley-offunda Fransa "Marsel"i ilə oynayacaq. Bir neçə il öncə Avropa Liqasında Tula "Arsenal"ını keçmiş hazırkı ölkə çempionu "Neftçi"ni də unutmayaq. Təbii ki, Rusiya liqası daha güclüdür. Bununla belə, Azərbaycanın da müsbət və mənfi cəhətləri olan çətin çempionatı var. Premyer Liqada cəmi səkkiz komanda çıxış edir. Dörd dövrə ərzində hamı bir-birinə qalib gələ bilər. Komandalar bir-birini tanıyır. Meydanda döyüş ruhu, sərt mübarizə olsa da, hakimlər çox fit çalmır".

Musayev, çempionluğu daha yaxşı yerli futbolçulara sahib olan komandanın qazandığını bildirib: "Limit varsa, yerli oyunçuların səviyyəsi böyük əhəmiyyət kəsb edir. "Qarabağ"dakı yerlilərin demək olar ki, hamısı Azərbaycan millisinin əsasını təşkil edir. Sonuncu dəfə “Sabah”dan iki nəfər yığmaya cəlb olunub. Amma onlardan heç biri meydana çıxmayıb. Ümid edirəm ki, futbolçuları milli üçün hazırlaya bilərik. Rusiyada da vəziyyət oxşardır: daha yaxşı rusları olan komanda çempion olur. Düzdür, qiymət heç də həmişə səviyyəni əks etdirmir. Bununla belə, əksər hallarda maliyyə göstəriciləri hələ də informativ xarakter daşıyır".







Xəbər news