26 oktyabr 2024. Şənbə

Azərbaycanlı futbolçu Çexiyada dubla imza atdı


Azərbaycanlı futbolçu Çexiyada dubla imza atdı
Azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi Çexiyanın “Viktoriya” (Jijkov) komandası yoxlama oyunu keçirib. Corner.az xəbər verir ki, “Vratimov” (Çexiya) klubuna qarşı keçirilən matçda Jijkov təmsilçisi 4:1 hesabı ilə qələbə qazanıb.
 
Fərid Nəbiyev də sözügedən matçın iştirakçısı olub. 22 yaşlı yarımmüdafiəçi “Vratimov”la oyunda dubl edib.
 
“Viktoriya” Çexiyanın 2-ci liqasında çıxış edir. Komanda 16 turdan sonra 10 xalla turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.






Xəbər news