26 oktyabr 2024. Şənbə

Ronaldonun sevgilisi tənqid olundu: Bizi bəyənmir və bizdən utanır


Ronaldonun sevgilisi tənqid olundu: Bizi bəyənmir və bizdən utanır

“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldonun nişanlısı Corcina Rodriqes qohumları tərəfindən tənqid olunub.

Corner.az xəbər verir ki, dayısı Xesus Hernandes Corcina haqda “The Sun” nəşrinə açıqlama verib:

“Biz də onun kimi lüks  həyat yaşamırıq deyə, bizdən daha yaxşı olduğunu düşünür və bizdən utanır..Ondan indiyə qədər heç nə istəməmişəm. Ronaldo ilə olduğundan bəri mənə cəmi bir-iki dəfə zəng edib.

Hər zaman Corcina və bacısını qorumuşam. Onlara paltar alır, hətta kommunal xərclərini də mən ödəyirdim. Onlar üçün əlimdən gələn hər şeyi etmişəm.

Üç il əvvəl Corcinanın atası 70 yaşında vəfat etdi, amma bu haqda mənə məlumat vermədilər. Kimsə mənə Jorgenin öldüyünü demədi.Niyə bunu bizə deməyidiyini də başa düşmədim”. 

Corcinanın üvey qardaşı Patrik Rodriqes  isə onunla dəfələrlə əlaqə saxlamaq istəsə də alınmadığını bildirib:  "Dəfələrlə onunla əlaqa saxlamağa çalışdım.Hətta Kristianonun feysbuk səhifəsinə "Dünyanın ən pis qadını yanında.Əgər bilmək istəyirsənsə mənimlə əlaqə saxla, sənə izah edim".







Xəbər news