- Xəbər news
- 01:00 22.01.2026
“Hələ Yeni il ərəfəsində mənə deyildi ki, sən “Qarabağ”da az oynayacaqsan”.
Corner.az-ın xəbərinə görə, bu sözləri İslandiya millisinin 34 yaşlı qapıçısı Hannes Halldorsson deyib.Təcrübəli qapıçı “Valur”la 2022-ci ilə qədər bağladığı müqavilədən sonra təşkil olunan təqdimat mərasimində açıqlama verib.
“Danışıqlar uzun çəkdi. "Qarabağ”a getməklə səhv etdim. Ora darıxdırıcı idi və qəribəlik vardı. Azərbaycandakı həyatımla bağlı kitab yaza bilərəm”.Ümumilikdə isə Halldorsson son üç ili karyerasının ən uğurlu dövrü adlandırıb. Bu qərar doğru olmadı”.
Qeyd edək ki, “Qarabağ” klubu bir neçə gün öncə onunla müqaviləni qarşılıqlı şəkildə ləğv etmişdi.