- Xəbər news
- 22:34 14.11.2024
“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo oğlu ilə bağlı maraqlı açıqlama verib.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 36 yaşlı portuqaliyalı hücumçu, böyük oğlu Junior Kriştianoya hələ telefon almadığını deyib:
“Böyük oğlumun yaxın vaxtlarda 12 yaşı olacaq. O, hər dəfə məndən soruşur ki, ata nə zaman mənə telefon alacaqsan. Mən isə ona deyirəm ki, sənin də telefonun olması üçün hələ vaxtın var.
Texnologiyanın üstünlüklərindən istifadə etmək lazımdır, amma onun aludəsi olmamalıyıq. Bir gü Junior mənə zəng etməsi üçün məndən telefon istədi ama mən yox dedim. Mənə zəng etmək istəyirsənsə nənəsinin telefonu ilə yığmasını bildirdim. Bəzən oğluma bir neçə saatlıq telefon verirəm lakim daha çox işlətməsinə qoymuram. Uşaqların mobil telefondan istifadəsinə diqqət etmək lazımdır. Onlara hər istədiklərində telefon vermək düzgün deyil”.