27 noyabr 2024. Çərşənbə

Yatıb qaldığı üçün məşqə gecikən Mahirə etibar etmək olarmı?


Yatıb qaldığı üçün məşqə gecikən Mahirə etibar etmək olarmı?
Polşa “Legiya”sının sabiq baş məşqçisi Çeslav Mixneviçin 2021-ci ilin oktyabrında istefa verməmişdən öncə komandanın futbolçuları ilə keçirdiyi son iclasının görüntüləri yayılıb. Corner.az xəbər verir ki, iclasın görüntüləri “Kanal Sportowy”də yerləşdirilib. 51 yaşlı mütəxəssis həmin ərəfədə yatıb qaldığı üçün məşqə gecikən azərbaycanlı hücumçu Mahir Emrelini sərt tənqid edib:
 
“Yatıb qaldığı üçün məşqə gecikən oyunçuya etibar etmək olarmı? “Lex”lə oyunumuza iki gün qalmış gəlib çıxan oyunçumuzu oturub gözləyirik. Gecə nə vaxt yatmaq lazımdır ki, ertəsi gün saat 11:00-dək oyana bilməyəsən? Saat 22:00-da yatağa girdikdə 14 saat yatmaq olarmı? Bu, mümkün deyil.
 
Bütün hərəkətlərin, tinderlər, axşam məclislərin, bir sözlə, hamısı mənə gəlib çatır. Bilərəkdən bəzi məsələlərə toxunmuram, çünki şəxsi həyatınıza müdaxilə etmək istəmirəm. Hər birinizin öz hədəfləriniz var. Amma bunlar qələbəmizə mane olursa, açıq danışmalıyam”.
 
Bu mövsümün əvvəlindən “Legiya”da çıxış edən Mahir Emreli ötən ilin sonlarında azarkeşlərlə məlum qalmaqaldan sonra Polşa klubunda qalmaq istəmir. Hazırda o, Varşava təmsilçisi ilə yollarını ayırmağa və azad agent statusu almağa çalışır.






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir