- Xəbər news
- 01:00 22.01.2026
Rusiyanın qarışıq əlbəyaxa döyüş növləri ustası Həbib Nurməhəmmədov “Juventus” klubunun futbolçusu Cristiano Ronaldo ilə olan münasibətlərindən danışıb.
Corner.az xəbər verir ki, bu barədə “Matç TV” məlumat yayıb.Nurməhəmmədov hər matçdan sonra C.Ronaldo ilə yazışdığını, ancaq təhlükəsizlik məsələlərinə görə onu Dağıstana dəvət etməyi planlaşdırmadığını söyləyib. “Bura gəlsə, onun mühafizəsini təşkil etməli olacağam. Onun həyatına cavabdehlik daşıya biləcəyimə əmin deyiləm. Öz istəyi ilə istənilən vaxt gələ bilər. Burada onu qarşılamağa şad olaram”, - deyə Nurməhəmmədov bildirib.
Rusiyalı idmançı portuqaliyalı hücumçu ilə “Instagram”da tanış olub. 2018-ci ilin fevral ayında idmançılar görüşərək, bir-birilə hədiyyə mübadilə etmişdilər: rusiyalı “Juventus”lu hücumçuya papaq hədiyyə edib, qarşı tərəf isə ona imzalı formasını təqdim edib.