- Xəbər news
- 22:34 14.11.2024
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2022-ci ilin yanvar ayı ərzində yüksək liqalarda ən çox qol vuran futbolçunun adını açıqlayıb.
Corner.az xəbər verir ki, bu, Qətərin “Əl Sədd” klubunun hücumçusu Əkrəm Afifdir. 26 yaşlı hücumçu ötən ay ərzində 8 qol vurub.
2-ci pillədə Türkiyənin “Alanyaspor” klubundan Əmrə Akbaba (6 qol), 3-cü sırada isə Qətər “Umm Salal”ından Aymen Hüseyn (6 qol) yer alıb.